Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AXCP üzvü Rövşən Quliyev həbs edilib
2019-02-19 15:02:34

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş iqtisadçı Rövşən Quliyevin həbs olunduğu bildirilir.

Bu barədə Meydan TV-yə məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Rövşən Quliyev fevralın 18-də həbs olunub. Onun evində axtarış aparılıb və şəxsi kompüteri götürülüb.

Əli Kərimli Rövşən Quliyevin həbsini siyasi motivli sayır: “Ailəsindən aldığım məlumata görə, Rövşən bə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Artıq ailəsi vəkil də tutub".

Əli Kərimli qeyd edib ki, Rövşən Quliyev 5 il əvvəl səhhətində yaranan problemlə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdı:

“Bu səbəbdən ailəsi onun müalicəsi ilə məşğul idi. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar”.

Ən çox oxunan