Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Bakıda polis əməkdaşı işgəncə verməkdə təqsirləndirilir
2019-02-19 15:42:34

Bakıda işgəncə verməkdə təqsirləndirilən polis əməkdaşının cinayət işi üzrə məhkəmə başlayır.

Oxu.Az xəbər verir ki, cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, Əliqulu Ağalıyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis vəzifəsində işləyib.

Onun barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən çox oxunan