Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı
2018-11-08 16:33:26

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda məhkum olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

"Meydan.tv"nin verdiyi xəbərə əsasən, Z.Hacıyeva ev dustaqlığına girov müqabilində buraxılıb.

Girovun məbləği göstərilməsə də, məhkəmə barədə ilkin məlumatlarda girovun 500 min funt sterlinq təyin olunması deyilirdi.

Məlumatda bildirilir ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiya olunması məsələsi gündəmdədir.

Z.Hacıyeva Londonda noyabrın 6-da saxlanılıb. 

Ən çox oxunan