Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Qüdrət Şükürovun hamamının hərraca qoyulması təklif olunub
2018-11-07 15:51:08
“Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?”
"Reportun" bildirdiyinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O, bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanaləri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: “Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.
Ən çox oxunan