Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan və Azərbaycan xarici işlər nazirləri Vaşinqtonda keçirilən görüşü barədə
2019-06-21 16:41:12

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur. Bu fikirləri ER xarici işlər naziri Zohrab Mnatsakanyan jurnalistlərin Vaşinqtonda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşü barədə suallarına cavabına deyib .

“Son hadisələr danışıqlar prosesinə təsir göstərir. Biz ehtimatlı olmalıyıq və əvvəlki aylarda əldə etdiyimiz razılaşmalara sadiq qalmalıyıq”-deyə Mnatsakanyan qeyd etdi.

Azərbaycan xarici işlər naziri qeyd etdi ki, Ermənistan və Azərbaycan tərəfləri arasında hələ də ciddi fərqlər qalır.

“Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq.

E.Məmmədyarov görüş zamanı intensiv və dərin danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. O, son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirərək, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib.

ER XİN başçısı siyasi iradənin mövcudluğuna böyük əhəmiyyət verib. O qeyd etdi ki, danışıqlar tanınmış prinsiplər çərçivəsində aparılır, lakin hər hansı bir müqavilə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan əhalisinin lehinə olan kompromislərə əsaslanmalıdır.

“Atəşkəs pozuntuları vacib problemdir. Gərginliyin təhlükəsi azadılmalıdır, buna görə də irəliləmək üçün uyğun mühitin yaradılması mümkün olacaq”- deyə Mnatsakanyan qeyd etdi.

Tərəflər və vasitəçilərinin bildirdiyinə görə, görüşdə xalqlar arasında inamın artırılmasına yönəlmiş addımlar və tədbirlərin müzakirə olunub. Tərəflər Tərəflər növbəti görüşdə razılığa gəlməklə danışıqlar prosesini davam etdirməyə razılaşıblar

 

Ən çox oxunan