Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan insan alveri siyahısında Əfqanıstanla yanaşı durur
2019-06-21 14:38:19

ABŞ dövlət katibi Mike Pompeo iyunun 20-də 2019-cu il üçün İnsan Alverinə dair Hesabatı (2019 Trafficking in Persons (TIP) Report) təqdim edib.

ABŞ-ın Trefikinq Qurbanlarının Müdafiəsi Qanununa (Trafficking Victims Protection Act -TVPA) uyğun olaraq hazırlanan illik hesabat bütün dünyada hökumətlərin insan alveri və müasir quldarlıqla mübarizəsini qiymətləndirir.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti trefikinqin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir.

Qeyd olunur ki, Azərbaycanda xaricə gedən miqrantlar üçün agahlıq kampaniyaları artırılıb.

Buna baxmayaraq Azərbaycan hökumətinin səyləri əvvəlki dövrlə müqayisədə zəif olub, bu sahədə cinayət təqibi zəifləyib və məhkəmələr trefikinqdə ittiham olunanların hamısı üçün şərti cəzalar verməklə kifayətlənib.

Azərbaycan hökuməti habelə QHT-lər tərəfindən idarə olunan sığınacaqların saxlanmasına maliyyə dəstəyi verməyib.

Hesabatda deyilir ki, məsələn büdcə təşkilatları işçilərinin pambıq yığımına cəlb edilməsinə dair məlumatlar var.

Məhz bütün bunlara görə Azərbaycanın reytinqi azaldılıb və o 2-ci dəstənin içərisində xüsusi nəzarət siyahısına daxil edilib.

Nəzarət siyahısında Azərbaycandan başqa Əfqanıstan, Konqo, İraqla yanaşı keçmiş Sovet İttifaqından Qazaxıstan, Qırğızıstan, Özbəkistan da var. Avropa ölkələrindən bu siyahıda yalnız Macarıstan qərar tutub.

Bu hesabatda dünya hökumətlərinin qiymətləndirilməsi üç paradiqm əsasında aparılıb – insan qaçaqmalçılığının mühakiməsi, qurbanların müdafiəsi və trefikinqin profilaktikası.

Bu təsnifat əsasında bütün dünya ölkələri üç dəstəyə bölünüb.

Burada trefikinqlə bağlı görülən tədbirlərə görə ən yaxşı dəstə birinci dəstədir. ƏksərAvropa ölkələri, Kanada və Birləşmiş Ştatlarbir qayda olaraq bu dəstəyə salınır. Bu dəstəyə Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan düşüb.

Rusiya, Belarus, Türkmənistan və İranüçüncü dəstədədirlər. Bu ən pis qrup sayılır.

Hesabatda Azərbaycan hökumətinə xüsusi tövsiyələr verilir.

Bunlar xüsusilə də ölkə daxilində trefikinqə, məcburi əməyə və uşaq trefikinqinə diqqətin gücləndirilməsi, xüsusilə də pambıq yığımı dövründə məcburi əməyin qarşısının alınması, bu barədə faktların hakimiyyət orqanlarına çatdırılmasının stimullaşdırılmasıdır.

Hüquq-mühafizə orqanlarının, prokuror və hakimlərin bu sahədə təlimləndirilməsi də tövsiyələrdən biridir.

Azadlıq Radiosu

Ən çox oxunan