Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan Müdafiə Nazirliyi çörək puluna görə cərimələndi
2019-06-21 11:04:06

Azərbaycan Müdafiə Nazirliyi 53 min 880 manat cərimələnib. Bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarıb. Səbəb isə nazirliyin çörək pulunu ödəməməsidir.

Bu qərar «Rəşad» Kommersiya-İstehsalat Firmasının şikayəti əsasında çıxarılıb. Firma iddia edib ki, Müdafiə Nazirliyi öz öhdəliklərinə əməl eləmir, aldığı çörəyin pulunu ödəmir. Məlumatı Azadlıq Radiosu yaydı.

Müdafiə Nazirliyinin Tədarük və Təchizat İdarəsi ilə «Rəşad» firması arasında hələ bir neçə il öncə 590 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən, firma nazirliyi çörəklə təmin etməliydi. İndi «Rəşad» iddia edir ki, nazirlik ödəməli olduğu məbləğin bir hissəsini - 53 min 880 manatını vermir.

Müdafiə Nazirliyinin nümayəndəsi Niyaməddin Səfərəliyev isə bildirib ki, əksinə, «Rəşad» firması müqavilə öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə 88 min 705 manat cərimələnib. Buna baxmayaraq, həmin ərəfədə Müdafiə Nazirliyi şirkətə 34 min 824 manat ödəyib. Nümayəndənin sözlərinə görə, qalan 53 min 880 manatın ödənilməməsi şirkətə qarşı cərimənin tətbiqi ilə əlaqədar olub.

Ancaq məhkəmədə məlum olub ki, sözügedən cərimə qərarı artıq qüvvədə deyil. Çünki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onu çoxdan ləğv edib. Ona görə də, məhkəmə belə nəticəyə gəlib ki, Müdafiə Nazirliyi çörək puluna görə «Rəşad»a olan borcunu mütləq ödəməlidir. Firmanın bu barədə iddiası təmin olunub.

Ən çox oxunan