Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
ABŞ rəsmi nümayəndəsi Azərbaycanda insan hüquqları və əsas azadlıqların vacibliyini qeyd edir
2019-06-21 12:03:05

ABŞ Azərbaycanda insan hüquqları və əsas azadlıqların müdafiəsini dəstəkləyir. Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

"Dövlət katibinin siyasi məsələlər üzə müavini Devid Heyl Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüş zamanı onlar regional problemləri və imkanları müzakirə ediblər.

Katib müavini və xarici işlər naziri Birləşmiş Ştatlar ilə Azərbaycan arasında təhlükəsizlik, energetika və iqtisadi artım sahəsində əməkdaşlığı müzakirə ediblər.

Görüş zamanı Heyl siyasi sanksiyalar da daxil olmaqla, bəzi məsələlərlə bağlı administrasiyanın prioritetlərini qeyd edib.

Nazir müavini Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların müdafiəsini dəstəklədiyini vurğulayıb", - D.Heylin mətbuat xidmətinin məlumatında deyilir.

Turan

Ən çox oxunan