Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Vasitəçilər tərəfləri atəşkəsə ciddi riayyət etmək öhdəliyini yerinə yetirməyə səsləyib
2019-06-21 10:36:19

ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüşün keçirilməsi ilə bağlı bəyanat yayıb.”Görüşün iştirakçıları DQ münaqişəsinin nizamlanması məsələsiylə son inkişaflar və əsas məsələlərini müzakirə  etmişlər.

Xarici işlər nazirləri regiona son səfəri zamanı həmsədrlərin təklif etdiyi humanitar və təhlükəsizlik tədbirləri barədə mövqeləri və perspektivlərini təqdim ediblər.

Vasitəçilər tərəfləri atəşkəsə ciddi riayət etməyə və hər hansı provokatif tədbirlərdən, o cümlədən təmas xəttində və beynəlxalq sərhədlərdə snayperlərin və mühəndislik işlərinin istifadəsindən çəkinməyə borclu olduqlarını təsdiqləməyə çağırıb.Onlar təəssüflə son itkilər barədə qeyd edərək tərəfləri dərhal sülh və danışıqlara yardım edən mühitin bərpa olunması istiqamətində vasitələr əldə etmək çağırışını etmişlər.Vasitəçilər eyni zamanda hər hansısa silahlardan , o cümlədən snayperlərdən istifadə etmək və təcavüzkar əməllərdən,
təmas xəttinin eləcə də, beynəlxalq sərhədlərin uzunluğuyla mühəndislik işlərini etməkdən uzaq olmağa səsləmişlər. Həmsədrlər ilə söhbət zamanı Xarici işlər nazirləri mövcud gərginlik riskini azaltmaq üçün birbaşa əlaqələrin istifadə olunmasının vacibliyini vurğuladılar. Xİ nazirləri yaxın gələcəkdə ATƏT MQ sədrlərinin himayəsiylə təkrarən görüşmək üçün şərtləşmişlər”-deyərək bəyanatda qeyd edilib.

 

 

 

 

 

Ən çox oxunan