Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda yeni təyinatlar
2019-06-21 10:43:04

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri postundan azad edilərək müdafiə sənayesi naziri təyin edilib. 61 yaşlı Mədət Quliyev 2015-ci ildən DTX-nın sədri idi.

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 61 yaşlı Əli Nağıyev indiyədək Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini idi. Araşdırmaçı jurnalistlər iki il öncə onun və ailəsinin xarici ölkələrdəki biznesini, korrupsiya faktlarını araşdırıblar. Məlum olub ki, Azərbaycan “pulyuyan maşını”-nın – çoxməqsədli şəkildə çirkli pulların yuyulması üçün yaradılmış platformasını və ölkənin hakim elitasının maliyyə cinayətləri üçün istifadə edilən fondu araşdırmalı olan əsas fiqurlardan biri də məhz odur.

Dövlət başçısının sərəncamı ilə DİN rəhbəri Ramil Usubov vəzifəsindən azad edilərək Azərbaycan prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib. 71 yaşlı Ramil Usubov 1994-cü ildən daxili işlər naziri idi.

Qeyd edək ki, indiyədək bu postu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tuturdu.

Vilayət Eyvazov daxili işlər naziri təyin edilib. Bundan öncə daxili işlər nazirinin birinci müavini olub.

Ən çox oxunan