Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Gəncə hadisələrinə görə həbs olunan Vüqar Xudiyevməhkəmədə işgəncələrdən danışıb
2019-06-20 17:58:56

«Həm Gəncə Şəhər Baş Polis İdarəsində, həm də Kəpəz Rayon Polis Şöbəsində polislər mənə elə işgəncə verirdilər ki, əminəm, heç əsirlərə elə işgəncə verilmir. Belimi sındırmaq üçün o qədər vurdular… Şükür ki, sınmadı. Əl-ayaqlarımı bağladılar, sonra özümü də stula bağladılar. Məni stul qarışıq divara, yerə, hara gəldi, çırpırdılar…», – Gəncə hadisələrinə görə həbs olunan Vüqar Xudiyev iyunun 19-da məhkəmədə danışıb.

Gəncə hadisələrinə görə həbs olunanların işi sonradan bir neçə qrupa ayrılıb. V.Xudiyevin işi daha beş nəfərlə birlikdə məhkəməyə göndərilib. Onlara kütləvi iğtişaşların təşkili, polislərə qarşı müqavimət göstərmə, zor tətbiq etmə ittihamıyla 6 ildən 8 ilə qədər həbs cəzası verilib. Onlar özlərini təqsirli bilmirlər. Hamısı da hökmdən apellyasiya şikayəti veriblər və hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Təqsirləndirilən Elvin Nəzərov da ifadəsində Gəncə aksiyasının təşkilatçılarından biri olması barədə ittihamda yazılanların yalan olduğunu bildirib. Təqsirləndirilən Nemət Heydərli Gəncə aksiyasının videogörüntülərində şəxsən onun iştirakının tapılıb ortaya qoyulmasını tələb edib.

Dövlət ittihamçısı Ədalət Əzimovməhkəmədə deyəndə ki, «işgəncə iddiaları təsdiqini tapmayıb, yalandır», təqsirləndirilən şəxslər etiraz ediblər. «İnsafınız olsun, mənim başıma o qədər təpik, dubinka vurulub ki, bütün yaddaşım itib…», – V.Xudiyev belə deyib.

E.Nəzərov 7 ay ərzində heç bir yaxını ilə əlaqə saxlamağa imkan verilmədiyini xatırladıb. Dövlət ittihamçısına isə biləklərindəki izləri göstərib: «Hələ də işgəncə yerləri qalıb biləklərimdə. Qollarımı qandallayıb məni yerə yıxdılar, qandalların üstündə 150 kiloluq adam oturtdular. Qandallar biləklərimi kəsdi, ətimə girdi, bütün qanın içində idim. İndi deyirsiz ki, işgəncə olmayıb».

Məhkəmə iyunun 24-də davam edəcək.

 

Ən çox oxunan