Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
20 gün komada qalan azərbaycanlı əsgər vəfat edib
2019-06-20 13:39:15

İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılmış və Murovdağda xidmət etdiyi bildirilən Elnur Bəhram oğlu Əsgərzadə vəfat edib. Yaxınlarının sözlərinə görə, o, iyunun 7-də başından güllə yarası alıb və Gəncə şəhər hospitalına yerləşdirilib. 20 gün koma vəziyyətində olan əsgəri həyata qaytarmaq mümkün olmayıb.

“Avropa.info” saytının məlumatına görə, Elnur Əsgərzadə iyunun 19-da İmişli rayonunun Qaralar kəndində dəfn edilib.

Hərbçinin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), İmişli Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

Müdafiə Nazirliyi faktla bağlı hər hansı açıqlama verməyib.

Ən çox oxunan