Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Gürcüstan məhkəməsi azərbaycanlı fəalın girov müqabilində azad edilməsini qərara alıb
2019-06-20 12:42:09

Gürcüstan məhkəməsi azərbaycanlı fəal Avtandil Məmmədovun 3000 lari (1200 dollar) qarşılığında üç ay müddətinə azad edilməsini qərara alıb. Bu müddətdə müxalifətçinin ekstradisiyası barədə Bakının sorğusu araşdırılacaq. Bu barədə Turan-a A.Məmmədovun yaxınları bildiriblər.

O, pul girovu barədə qərar çıxarılan kimi azadlığa buraxılacaq.

A.Məmmədov Azərbaycanın şimal bölgəsində hüquq-müdafiə fəaliyyətilə məşğul olub. 2017-ci ildə Gürcüstana gedib və orada siyasi sığınacaq istəyib.

Həmin vaxtdan Azərbaycan hakimiyyətini kəskin tənqid edib.

Ən çox oxunan