Azərbaycan Artsax probleminin nizamlanmasını konstruktiv, danışıq əsasından çıxarmağa cəhd edir. Ermənistan və Artsax müharibə istəmirlər, bununla belə müharibə təhdidiylə hər hansısa biri Artsax Respublikasını və Ermənistan Respublikasını qorxuda bilməz.
ER Baş naziri Nikol Paşinyan bu barədə Milli Parlamentdə hökumət üzvləri ilə sual və cavablar zamanı bildirib.
“Mən həmişə demişəm ki, müharibə sona çatmayıb və o istənilən vaxt alovlana bilər və istənilən vaxt gərgin vəziyyət yarana bilər. Mənə aydındır ki, Azərbaycan sadəcə olaraq uzun müddət istifadə etdiyi eyni alətdən istifadə etmək istəyir.Yəni, məsələni konstruktiv danışıqlar nöqtəsindən çıxarmağa çalışır. Ermənistan həmin alətə silahlı qüvvələrin hazırlığını artırmaqla müqavimət göstərməlidir” – deyərək Nikol Paşinyan qeyd edib.