Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
İqtisadçı: ''Bu gün verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir''
2019-06-19 13:46:58

"Minimum əmək haqqının 250 manata çatması, çox sayda dövlət-hökumət qulluqçularının maaşının 40 faiz artması yaxşı xəbərdir. Azərbaycanda maaşlar çox aşağıdır, qalxmalıdır, yəqin ki, təqaüdlər də qalxacaq, bunu da etmək lazımdır. Amma ölkə iqtisadiyyatı parazitdir və bəsit sistem üzərinə inşa edilib. Ölkə əlavə dəyər yaratmır, ixracın 91,2 faizi enerji resurslarıdır, ciddi valyuta gətirən tək sahə də təbii sərvətlərdir".

İqtisadçı Natiq Cəfərli belə deyir. Əlavə edir ki, belə olan halda manatla ödənilən maaşlar, təqaüdlər artırsa, büdcəyə ödəmək üçün Neft Fondundan götürülən dollar da artmalıdır ki, onu manata çevirib artmış xərcləri ödəyəsən. Ya da, dollar olaraq məbləğ dəyişməyəcək, amma həmin dolların manat ekvivalenti artacaq:

"Necə? Çox sadə: Dollar indiki 1.70 manat məzənnəsindən 2 manat və daha yuxarı məzənnəyə qalxacaq. Maddi nemətlər istehsal edə, əlavə dəyər yarada bilməyən ölkələrdə maaş-təqaüd artımı həmişə inflyasiyanı yüksəldir, milli valyutanın məzənnəsini aşağı salır".

İqtisadçı düşünür ki, verilən maaş artımı qərarı gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görünəcək.

Ən çox oxunan