Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan vasitəsilə Avropaya 128 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb
2019-06-19 12:54:18

İyunun 18-də Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan gələn Iveco yük maşınında 128 kiloqramdan çox heroin aşkar edərək götürüblər.

DGK-nın məlumatında deyilir ki, yük maşını Azərbaycandan tranzit keçərək Avropaya gedirmiş. Boş yük maşınını Türkiyə vətəndaşı Karataş İmdat idarə edirmiş. Maşına baxış zamanı xüsusi öyrədilmiş it kabinədə narkotik maddənin olduğunu aşkar edib. Rentgen qurğusunda avtomobilə baxış zamanı sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Oradan içərisində ümumi çəkisi 128 kq. 689 qr. heroin olan 251 paket aşkar edilib. Fakt üzrə istintaq başlayıb.

 

 

 

Ən çox oxunan