Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Vəkil: Azərbaycanda Aftandil Məmmədova qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb
2019-06-18 17:59:29

Gürcüstanda mühacirətdə olan azərbaycanlı ictimai fəal Aftandil Məmmədov iyunun 17-də həbs edilərək Marneulidəki müvəqqəti saxlama kamerasına yerləşdirilib.

Bu barədə Meydan TV-yə faəlın həyat yoldaşı Günel Məmmədova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı Tbilisidə “Quru körpü” adlanan ərazidə saxlanılaraq Marneuliyə aparılıb. Aftandil Məmmədovun saxlanılma səbəbi haqda ailəsinə heç bir məlumat verilməyib.

Fəalın hüquqlarını vəkil Arçil Çopikaşvili müdafiə edir. O, həm də Əfqan Muxtarlının hüquqlarının müdafiə edib. Çopikaşvilinin bildirdiyinə görə, Məmmədov Azərbaycan tərəfinin ittihamı ilə saxlanılıb: “Rəsmi ittihamda deyilir ki, o, Azərbaycanda olarkən qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olaraq insanları aldadıb, onların etibarından sui-istifadə edib. Buna görə də ona qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb”.

Lakin Çopikaşvili bu ittihamlarla razılaşmadığını, fəalın fəaliyyəti ilə bağlı həbs edildiyini deyir. Vəkili Məmmədovla sabah görüşə biləcək.

“Məmmədovla görüşdükdən sonra bu haqda daha geniş məlumata sahib olacam” – deyə, o vurğulayıb.

Məsələ ilə bağlı işi araşdıran müstəntiq məlumat verməkdən imtina edib.

 

Ən çox oxunan