Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan MN-i Gəncədəki fərdi evlərdən birinə mərmi düşüdüyünü təsdiqlədi
2019-06-18 12:31:32

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov etiraf edib ki, milli ordunun təlimləri zamanı buraxılmış mərmi Gəncə şəhərində yaşayış evinə düşüb.

Bu gün jurnalistlərlə görüşdə o bildirib ki, "bu, təlim mərmisi idi". O, döyüş mərmisi olsaydı tələfat qaçılmaz olardı.

Nazir iddia edir ki, mərmi qayaya dəyib, 18 km-ə yaxın sıçrayaraq evə düşüb. Bu hadisə ilə əlaqədar təlim dayandırılıb. Hadisə yerində komissiya işləyir, hadisənin səbəblərini araşdırır.

Müdafiə Nazirliyi ev sahibinə dəyən ziyanı ödəyəcək, deyə nazir bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) fərdi evlərdən birinə mərmi düşüb. Bu barədə Fransada siyasi mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid yazıb.

Ən çox oxunan