Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Artsax-Fransa” dostluq qrupunun üzvləri bəyanatla çıxış edib
2019-06-18 09:05:36

Artsaxda “Artsax-Fransa dostluq qrupu çərçivəsinin iclası keçirilmişdir.İclası Milli Parlament sədri,Artsax-Fransa” dostluq qrupu sədri Aşot Ğulyan idarə edib.Artsax Respublikasının MP-dən verilən məlumata görə, növbəti iclas ərzində dostluq çərçivəsinin fəaliyyəti proqramlarına və qarşıdakı işlərə dair məsələlər müzakirə olunub.Son günlərdə Artsaxla Fransanın bəzi şəhərlərinin əməkdaşlıq bəyannamələrinin ləğvi məsələsinə toxununlub. İclasa dəvət olunmuş AR Xİ naziri Masis Mailyan həmin istiqamətdə aparılan işləri təqdim edib.

İclasın sonunda, “Artsax-Fransa” dostluq qrupunu üzvüləri bəyanatla çıxış edib  orada qismən deyilir: “Fransanın icraedici məhkəməsi tərəfindən Valans, Burq le Valans, Burq dı Peaj, Arnuvil şəhərləri və Artsax Respublikası icmaları arasında imzalanmış dostluq bəyannaməsinin ləğviylə bağlı təəssüfümüzü bildiririk.Həmin şəhərlərin bələdiyyə başçılarının dostluq əlaqələrinin davam etdirilməsi və inkişafı haqqında bəyanatlarını alqışlamaqla həmçinin, ”Fransa –Artsax” dostluq qrupunun üzvlərinin Fransa hökumətinə istiqamətləndirdiyi o müraciəti ki, Azərbaycanın təzyiqinə uymamaq və bitərəfliyi saxlamaqdır, təqdirəlayiq hesab edirik.

“Artsax –Fransa” dostluq qrupu çərçivəsi dost fransız xalqıyla müxtəlif səviyyələrdə əməkdaşlığı yüksək qiymətləndirir xüsusən humanitar, təhsil, mədəniyyət, idman və iqtisadiyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib bir vasitə olduğu kimi, bunu Artsax və Fransanın xalqları, erməni icması və fransız tərəfdaşları arasında hərtərəfli əməkdaşlığın inkişafına dəstək vermək üçün müəyyən bir gerçək tərəfdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi işini aktiv şəkildə davam etdirməyi tövsiyə edir”.

 

Ən çox oxunan