Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ağstafada yeddi nəfər güllələnib
2019-06-17 15:43:23

Bu gün səhər Ağstafa rayonunun Böyük Kəsik kəndində bazarda atışma zamanıı dörd nəfər öldürülüb və üç nəfər yaralanıb.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, qətli əvvəllər məhkum olunmuş Elnur Süleymanov törədib.

O, Sadıxlı kənd sakini Şərqiyyə Musayevaya, onun oğulları Novruz və Şəmiddinə, Ağgöl kənd sakini Zeynəb Cəlilovaya Kalaşnikov avtomatından atəş açaraq qətlə yetirib. Daha üç nəfər yaralanıb.

Faktla bağlı CM-in 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi açılıb.

İlkin məlumatlara görə, cinayət qisas almaq niyyətilə törədilib.

Süleymanov Ağstafa rayon polis şöbəsinə gələrək təslim olub, o, həbs edilib.

Ən çox oxunan