Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Yaxınları məhbusun öldüyünü iddia edir
2019-06-15 14:30:31

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mikayıl Dəmirlinin xalası Mirnisə Dadaşova məhbusun öldüyünü iddia edir. Məhbusun yaxınları onun iyunun 11-də işgəncələrə dözməyərək intihara cəhd etdiyini deyirdi.

Mirnisə Dadaşova Meydan TV-yə deyib ki, bacısı oğlu həbs olunandan sonra müəssisə rəhbərliyinin mənəvi və fiziki təzyiqi altındadır. Mirnisə Dadaşova deyir ki, Mikayıl Dəmirli iyunun 11-dən 1 həftə əvvəl valideynləri ilə görüşüb: “Onda bədənində xəsarət izləri olub, anası yenı də görüşə cəhd etsə də, alınmayıb”.

Xalasının sözlərinə görə, Mikayıl Dəmirlinin ailəsinə bir məhkumun valideyni xəbər gətirib. Mirnisə Dadaşova deyir ki, dəfələrlə Mikayıl Dadaşovu məcbur edib ailəsindən pul alıblar.

“Mikayıl zəng edirdi, türmə müdiriyyəti ona poçtun indeksini də verib. 500, 700 pul köçürürdük. Gözləmirdilər ki, atası səhər aparsın, deyirdilər ki, elə indi köçür. Pul alanda onu döyməmək əvəzinə əksinə döyürlər, incidirlər, qeyri-insani rəftar göstərirlər. Biz bunlara pul verdikcə, harınlaşırlar, azğınlaşırlar, daha da çox pul istəyirlər. Hər yerə yazmışıq, gedib demişik. 1 ay əvvəldən məlumat vermədiyimiz yer qalmayıb. Yazdıq, Mikayılı bir az döymədilər, rəis dəyişdi, yenidən döyürlər. Rəisi dəyişəndən sonra əməliyyat üzrə müavin Cavid onu yenə döyməyə başladı. Cavid Mikayılı döyür. Mikayıl deyirdi ki, əllərinə qara əlcək geyinib döyürlər. Təsəvvür eləyin ki, uzandığı yerdə Mikayıla hucum ediblər, əllərini qandallayıblar, döyə-döyə sürüyüb aparıblar rəisin otağına, elə bil ki, erməni tutublar. Bunlar Azərbaycan xalqına qarşı qəddarlıq edirlər. Bizim nəyimiz var, vermişik. Mikayıl cılız uşaqdır, onu döyüb intihar həddinə çatdırdılar. İndi də yalan danışırlar, deyirlər guya valideyni ilə görüşə buraxıblar. Belə şey yoxdur. Mikayıl işgəncələrə dözməyib özünə qəsd edəndən sonra ona tibbi yardım da göstərilməyib. Biz Mikayılın orada öldürüldüyünü düşünürük”.

Mirnisə Dadaşova bildirib ki, bacısı oğlu 2017-ci ilin sentyabrında Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham ilə 12 il azadlıqdan məhrum edilib. Amma Apelyasiya Məhkəməsi cəzasını 6 ilə endirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri yalanlayıb. Onun sözlərinə görə, Mikayıl Dəmirli daxili intizam qaydalarını pozduğu üçün cərimə kamerasına salınıb: “Onun ölümü haqda deyilənlər şayiədən başqa bir şey deyil, məhkum sağ-salamatdır”.

Ən çox oxunan