Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Baş Prokurora “saxtakar” deyən qadın polis bölməsinə aparıldı
2019-06-15 12:06:00

Yetmiş dörd yaşlı Alyə Təmrazova Baş Prokurorluğun qarşısında təkbaşına aksiya keçirməyə cəhd edib. O, Prokurorluğun qəbul otağı önündə “Qaralov saxtakar!! Ya pullarımı qaytar, ya da cinayətkarları cinayət məsuliyyətinə cəlb et!” şüarı yazılmış plakat qaldırıb. Aliyə Təmrazova illərdir evindən edilmiş oğurluq hadisəsinə görə şikayətçidir. Bildiyinə görə 9 ildir prokurorluq orqanalrı hadisə ilə bağlı ötür-ötür oyunu oynayır. Bu illər ərzində onu iki dəfə Psixiatriya xəstəxanasına yerləşdirilməyə cəhd ediblər.
Əraziyə gələn polis əməkdaşları çəkilişə imkan verməyib. Qaldırılmış plakatı qadının əlindən alaraq, onu və Azadliq.info-nun əməkdaşını Təzəxan Mirələmlini Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıblar.  Sonradan hər iki şəxs sərbəst buraxılıb.

Ən çox oxunan