Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
14 iyundan Gəncə məhbusları ölüm aclığına başlayacaq
2019-06-14 17:59:35

Gəncə məhbusları iyunun 14-dən etibarən aclıq aksiyasına başlayacaq. Bu barədə məhbusların yaxınları məlumat verib. Verilən məlumata görə, Gəncə olayları ilə bağlı həbs edilən Eyruz Hacıyev və digər 20-yə yaxın məhbus şikayətlərinə baxılmadığı üçün aksiyaya başlayacaq.

Məhbusların yaxınları bildirib ki, onlar qanunsuz həbs edilmələri, istintaq zamanı dəhşətli işgəncələrə məruz qalmaları haqqında dəfələrlə aidiyyatlı qrumlara şikayət məktubu ilə müraciət etsələr də onların müraciəti cavabsız qalıb.

Gəncə məhbusları Eyruz Hacıyev, Gülmirzə Nuruzadə və Səbuhi Rəcəbov eyni iddia ilə bu ilin may ayında da aclıq aksiyası keçirib.

Qeyd edək ki, 2019-cu ilin 2 mart tarixində, Sabunçu Rayon Məhkəməsində, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya iclasının çıxardığı hökmə əsasən Eyruz Hacıyevin də olduğu 7 nəfərlik qrupun üzvləri 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilib

Ən çox oxunan