Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
''Avropa Birliyində anlayırlar ki, Azərbaycanda iqtisadiyyat hakim ailənin inhisarındadır''
2019-06-14 13:57:51

Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək. Komissar iyunun 12-də Bakı ilə Brüssel arasında danışıqların final mərhələsində olduğunu bildirmişdi.

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı hesab edir ki, Avropa Birliyi Azərbaycanla saziş imzalamaq istəyir:

“Amma Brüssel Bakının əlinə sazişin imzalanmaması üçün bəhanə düşməməsinə çalışır. Ona görə bu tipli bəyanatlar dəfələrlə verilir. Təbii ki, onlar özləri də bəyanatlarının reallığa tam şəkildə uyğun olmadığını bilirlər.

Məsələ ondadır ki, Azərbaycanda biznesin ümumi vəziyyəti, investisiya mühiti ürəkaçan deyil və Brüssel diplomatlarına bu bəllidir. 2016-cı ildən sonra Azərbaycanda idarəçilik avtoritar oliqarxiyadan ailə avtoritarizmə istiqamətlənib və bu, iqtisadiyyatda özünü bilavasitə göstərir. Bank, sığorta, qida, tikinti və digər sektorlar artıq nazir oliqarxların əlində deyil, iqtisadi sferada dairə daralıb.

Avropa Birliyində də çox gözəl anlayırlar ki, Azərbaycanda iqtisadiyyat hakim ailənin inhisarındadır, aşağı hissədə bir qədər nəfəslik qalıb. Ola bilsin ki, Azərbaycan bazarına bir sıra şirkətlər buraxsınlar, amma bu da biznes mühitinin olmasına, yaxud iqtisadiyyatın şaxələnməsi anlamına gəlmir.

Komissar Hanın açıqlaması isə Brüsselin indiki tərkibinin son akkordlarıdır, çünki Avropa Parlamentinə seçkilərin nəticələri yeni adamların gələcəyini göstərir. Ona görə də bu bəyanata ciddi yanaşmıram”.

Ən çox oxunan