Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanın hərəkətləri həll prosesinin inkişafına maneə olur: XİN bəyanatı
2019-06-14 11:40:42

ER Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan Xİ nazirlərinin Vaşinqtonda nəzərdə tutulan görüşü barədə bəyanat yayıb.

XİN bəyanatında deyilir:

“İyunun 20-də Vaşinqtonda Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xİ nazirləri arasında növbəti görüşü nəzərdə tutulur. Yanvarda Parisdə və apreldə Moskvada keçirilmiş görüşlərdən sonra Xİ nazirləri arasında növbəti görüşün üçüncü həmsədr ölkəsi olan ABŞ-da keçirməklə bağlı müzakirələr aparılırdı. Keçmişdə olduğu kimi, bu dəfa da iştirakçılar arasında görüş haqqında bəyanatın eyni zamanda yayma razılığı əldə edilmişdir. Ermənistan bu razılığa sadıqdır.

Eyni zamanda, Azərbaycan tərəfindən son günlərdə insaninsan itkilərinə və təmmas xəttində vəziyyətin ciddi gərginləşməsinə səbəb olan atəşkəs rejiminin davamlı pozulmaları və təxribatçı hərəkətləri görüşdən əvvəl əlverişsiz mühit yaradıblar.

Azərbaycanın güc və gücün təhdidi ilə xaraktərizə olunan hərəkətləri sülh üçün səmərəli mühitin qurulmasına və bələcə də, sülh nizamlanma prosesinin inkişafına maneə törədirlər.

Yaranmış vəziyyət Vaşinqton görüşünün gündəminin dəqiq prioritetlərini şərtləndirir”.

Ən çox oxunan