Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ermənistan-AB Tərəfdaşlıq Şurasının Brüsseldə ikinci iclası artıq öz işinə başlayıb
2019-06-13 17:17:54

Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının ikinci iclası Belçikanın paytaxtı Brüsseldə öz işinə başladı. Bu haqda Ermənistanın Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Anna Nağdalyan Facebook səhifəsində yazıb.“ER Xİ naziri Zohrab Mnatsakanyan və Avropa Birliyinin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının sədr müavini Federika Mogerininin sədrliyiylə AB-Ermənistan Tərəfdaşlıq Şurasının ikinci iclasına başlanılıb”- deyərək Nağdalyan yazır.

ER Xarici işlər naziri Zohrab Mnatsakanyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan-AB Tərəfdaşlıq Şurasının ikinci iclasında iştirak etmək üçün Brüsseldə işgüzar səfərdədir. Ermənistan Respublikasının Xarici işlər naziri Zohrab Mnatsakanyan və Avropa Birliyin Ali nümayəndəsi Federika Moqerinin birgə mətbuat icmalıyla çıxış edəcəklər.

 

Ən çox oxunan