Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan sülhsevərliyin autsayderləri arasındadı
2019-06-12 16:40:53

London İqtisadiyyat və Sülh İnstitutu (IEP) "Qlobal sülhsevərlik indeksi-2019" (Global Peace Index) məruzəsini dərc edib. İndeks dünya miqyasında göstəricilərin bir qədər yaxşılaşdığını üzə çıxarıb.

IEP-in təsisçisi Stiv Kileli yüngülvari nikbinliyini dilə gətirərək, çox şeyin Yaxın Şərqdə, xüsusən İran ətrafında vəziyyətin inkişafından asılı olacağını qeyd edib.

Məruzə 163 ölkəni əhatə edir. Bu ölkələrdə vəziyyət müharibə, terrorizm, polis zorakılığı, silah ixracı, cəmiyyətin birliyi və insan hüquqlarına riayət edilməsi kimi meyarlar əsasında qiymətləndirilir.

Məruzəyə əsasən, Azərbaycan göstəricisini 3 bənd yaxşılaşdırsa da, 2,425 balla sülhsevərlik göstəricisi ən aşağı olan ölkələr sırasında 130-cu yeri tutub. Onun qonşuları arasında ABŞ (128), Türkiyə (152), Rusiya (154) var. Reytinqi Əfqanıstan bağlayır (163). Ermənistan 118-ci, Gürcüstan isə 99-cu yeri tutub.

Ən sülhsevər ölkələr yenə İslandiya (1), Yeni Zelandiya (2), Portuqaliya (3), Avstriya (4), Danimarka (5) olub.

Qlobal Sülhsevərlik İndeksi (Global Peace Index) The Economist Intelligence Unit təşkilatının (Britaniyanın Economist jurnalının analitika şöbəsi) metodikası ilə hesablanıb. İlk belə araşdırma 2007-ci ilin mayında aparılıb.

Ən çox oxunan