Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda inflyasiya 2,4 faiz olub
2019-06-12 17:15:00

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,4% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, təkcə may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ən çox oxunan