Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda AXCP fəalı yoxa çıxıb
2019-06-10 16:30:00

İyunun 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəşir Tarıverdiyevi mülkigeyimli şəxslərin naməlum istiqamətə apardıqları deyilir.

"Armradio"  "AzadlıqRadiosun"-a istinadən xəbər verir ki, B.Tarıverdiyevi saat 12:40 radәlәrindә Binəqədi rayonu әrazisindә işlədiyi yerdən çıxarkən 6-7 mülkigeyimli şəxs saxlayıb: «Saxlanma səbəbi və hazırda saxlandığı yer barədə heç bir məlumatımız yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə artıq xəbər vermişik, lakin bizə hələ dә heç bir məlumat verilməyib».

AXCP-dən verilən məlumata görə, bu il 50 civarında fəalları saxlanaraq inzibati qaydada cəzalandırılıblar. Onlara, əsasən, polisin qanunu tələbini yerinə yetirməməklə bağlı ittiham verildiyi bildirilir. Partiya dinc, siyasi fəaliyyətlə məşğul olan fəalların daim təqib və təzyiqlərlə üzləşdiyini bildirir. Amma açıqlanan bu rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Rəsmilər də deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, heç kim dinc, sivil fəaliyyətə görə təzyiq və həbslərlə üzləşmir.

 

Ən çox oxunan