Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycanda Prokurorluq məşhur jurnalisti ölkədən buraxmayıb
2019-06-10 14:37:38

Baş Prokurorluq məşhur publisist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanı ləvğ etməkdən imtina edib.

"Turan" informasiya agentliyinin bildirdiyinə görə, bir müddət əvvəl onun vəkili Zibeydə Sadıqova qadağanın ləğv edilməsi haqqında Baş Prokurorluğa müraciət edib.

Bir sıra jurnalist barəsində bu cür məhdudiyyətlər ləğv edilib. Bu zaman Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov bildirib ki, yaxın günlərdə bütün media nümayəndələrinə qoyulmuş qadağalar ləğv ediləcək.

Amma Baş Prokurorluğun cavabında deyilir ki, vəkilin müraciəti cinayət işinə qoşulacaq və ona əlavə olaraq cavab veriləcək.

Çobanoğlu özü bildirib ki, bundan əvvəl də prokurorluqdan analoji məzmunlu məktublar daxil olub, amma heç bir əlavə məlumat verilməyib. O hesab edir ki, hakimiyyət qadağanı ləğv etmək niyyətində deyil.

Bu məhdudiyyətlər jurnalistin özü və ailə üzvləri üçün ciddi problemlər yaradır.

Çobanoğlu hökumətin ünvanına tənqidi nəşrləri ilə məşhurdur. O, müxtəlif vaxtlarda məşhur "Hürriyyət", "Günaydın" qəzetlərinə rəhbərlik edib. O, həmçinin "Fərqli düşüncə" çap nəşrinin təsisçisi olub.

Çobanoğlu bir sıra jurnalist araşdırmalarının müəllifi və Gerd Butserius adına nüfuzlu beynəlxalq mükafatın laureatıdır. 

 

Ən çox oxunan