Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Ekspert: “Ölkədə qida təhlükəsizliklə bağlı vəziyyət pisdir”
2019-06-08 11:46:57

İyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il, təxminən, 600 milyon insan müxtəlif kimyəvi maddələrlə, bakteriyalarla və toksinlərlə çirklənmiş qidalarla zəhərlənir. Azərbaycanda da qida təhlükəsizliyi sahəsində vəziyyət qənayətbəxş deyil.

Bu barədə Turana deyən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə vəziyyətin pis olmasını sübut etmək üçün zəhərləmənin statistikanı və bir neçə il əvvəl prezident ilham Əliyevin Qida Təhlükəsizlik Agentliyi yaradılması haqqında sərəncamı göstərmək kifayyətdir. "Problemi göstərən bir faktor da odur ki, fındıq, qoz, balıq və balıq məhsullardan başqa heç bir Azərbaycanda istehsal olunan qida məhsul xaricə ixrac olunmur. Apteklərdə, klinikalarda yaranan növbələr də ölkədə qidalarla bağlı vəziyyətinin göstəricisidir. Baxmayaraq ki, Azərbaycanda ekoloji təmiz məhsullar çoxdur, onların istehlak şəraiti pis vəziyyətdədir".

Hüseynov əlavə etdi ki, problemdən çıxış yolu müstəqil ekspertizanın yaratmasındadır. "Bir misal gətirim. Mən Braziliyadan 6 adda məhsul gətirdim və onları yoxlamaq üçün ölkədə mövcüd 3 laboratoriyalardan ikisinə verdim. Birinin cavabı oldu ki, məhsullarda GMO yoxdur. Digər laboratoriya isə düzgün cavab verdi ki, məhsulların tərkibində GMO var. Ona görə də müstəqil laboratoriyalar yaradılmalıdır, hansılar istehlakçılara lazım olan ekspertiza cavablarını yox, düzgün cavabları versinlər", - deyə ekspert bildirdi.

Qida Təhlükəsizliyi Agentliyi də vətəndaşlar tərəfindən gün ərzində onlarla müraciətlər daxil olduğunu qeyd edir. Müraciətlər əsasən məlumat xarakterli olsa da, bəzən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və istehlakçı hüquqlarının pozulması halları ilə bağlı şikayətlərdir.

Ölkədə qida zəhərlənmələrlə bağlı sos statistik məlumatlar 2017-cı ilə təsadüf edir. Həmin il ərzində 362 qida zəhərlənməsi halları olub, 565 nəfər zəhərlənib, onlardan 6 nəfər vəfat edib.

Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədi ilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. 29 aprel 2019-cu il tarixində isə ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" təsdiqlənib.

Ən çox oxunan