Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
UEFA finalının əsl dəyəri və Azərbaycanın kölgədə qalan hissəsi
2019-06-06 15:08:55

Futboll.London qəzetinin yazdığına görə, Avropa Liqasının Final Oyunlarının keçirildiyi Bakının hava limanından şəhərə aparan maqistral yol “Xoşbəxtlik Kəməri’ adlandırılır.

Azərbaycanın müasir görünüşü futbol azarkeşlərinin təsəvvürünü tam dəyişib. Bu ölkə müasir, zəngin və etimad təəssüratı bağışlayır.  Lakin kəmərin arxasında görünənlər başqa bir mənzərə yaradır.

“Sizin üçün bu, gözəllik ola bilər, lakin bizim üçün bu, ağrıdır,” araşdırmaçı jurnalist Xədicə İsmayılova deyir. “Bu binalar ölkənin gələcəyindən oğurlanan imkanlardır.” Həbsdə vaxt keçirmiş jurnalist binaların inşasına ictimaiyyətin pullarının sərf edildiyini bildirir. Bu barədə "Azadliq.info" saytı bildirir.

Lakin idman naziri Azad Rəhimov belə tədbirlərin Azərbaycanın dünya xəritəsindəki yerini gücləndirməklə yanaşı, turizmin inkişafına da yardım etdiyini deyir.

Amnesty İnternational isə məsələyə başqa gözlə baxır. “Biz Azərbaycanın insan haqlarının dəhşətli vəziyyətini idman tədbirləri ilə gizlətməməsindən əmin olmalıyıq. Azərbaycanda bloqerlər, jurnalistlər, insan haqları müdafiəçiləri qəddarcasına hədəf alınır. Ədalətsiz məhkəmələr və böhtan kampaniyaları adi hal alıb” , təşkilat bildirib. “Hökumətlərin idman yarışları ilə repressiv siyasətlər və insan haqları pozuntularından yayındırmaq üçün istifadə edir”, Amnesty İnternational deyir.

Xədicə İsmayılovanın bildirdiyinə görə, yerli sakinlər hökumətin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsini onun legitimliyi kimi tanıyır.

Transparency International bildirib ki, indi daha az ölkə Olimpiya Oyunları, Dünya Kuboku kimi təbdirlərin təşkilinə maraq göstərir. 

“Gördüyünüz bu divarlar arxada baş verənləri gizlədir. Mən yaşadığım yerdə insanlar narazıdır. İnsanlar rahat deyil. Onlar daha çox gərginlik çəkir. Yollar çəkilmir, evlər yoxsuldur. Arxada hər şey fərqlidir”- deyə, jurnalist əlavə edib.

URFA hazırda hökumətin stadionlardakı yerlərin dolması üçün pulsuz biletlər təklif etməsinə dair iddiaları araşdırır. Belə ki, Arsenal və Chealsea-nin minlərlə azarkeşi final oyunlarını izləməkdən imtina edib.

Ən çox oxunan