Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
AZAL ''Boeing'' şirkəti ilə bağlı bir-birinə zidd bəyanatlar verir
2019-06-05 18:06:12

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) “Boeing” şirkəti ilə əməkdaşlıqla bağlı bir gündə bir-birnə zidd iki bəyanatla çıxış edib.

İlkin olaraq iyunun 3-də məlumat yayaraq, bildirib ki, Azərbaycan “Boeing”-lə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsi alınması haqqında müqaviləni ləğv edib.

AZAL-dan “Turan” agentliyinə bildiriblər ki, təyyarələrin alınmasından imtina bu modellərin qəzalarına gətirib çıxaran problemlərlə bağlıdır.

Ümumilikdə 1 milyard dollar dəyəri olan 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınması haqqında müqavilə 2017-ci ilin aprelində imzalanmışdı. Təyyarələr üç il ərzində təhvil verilməli idi.

Son iki ildə “Boeing-737 MAX 8” təyyarələri aviaqəzaya uğrayıb: 2018-ci il oktyabrın sonlarında İndoneziyanın Lion Air şirkətinin “Boeing-737 MAX 8” təyyarəsi Cakartadan qalxdıqdan sonra qəzaya uğrayıb. Qəza 189 nəfərin həyatına son qoyub.

Addis-Ababadan Nayrobiyə reys həyata keçirən “Ethiopian Airlines”-in eyni modelli təyyarəsi 2019-cu il martın 10-da qəzaya uğrayıb. 157 nəfər həlak olub.

“Ethiopian Airlines”-ın təyyarəsinin qəzasından sonra dünyada bir çox ölkələr bu tip təyyarələrin öz hava məkanlarına buraxılmaması barədə qərarlar qəbul etdilər, bir sıra aviaşirkətlər “Boeing” kompaniyasına verdikləri sifarişləri ləğv etdilər.

Bununla parallel olaraq AZAL 2019-cu ilin oktyabr ayında Bakı-Nyu-York-Bakı reysinin dayandırılacağını bildirib və bunu reysin rentabelli olmaması ilə əlaqələndirib.

Lakin, iyunun 3-də, günün ikinci yarısında AZAL əvvəlki açıqlamasına zidd olan digər bir məlumat paylaşdı.

Bildirildi ki, “Boeing” Korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir. “İmzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır. Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” Korporasiyası tərəfindən nəzərə alınacaq”.

İqtisadçı Toğrul Maşallı AZAL-ın Nyu-York reysini bağlamaq qərarını xatırladaraq bildirib ki, şirkət əsas müqavilələrinin “Boeing”-lə olduğunu və yeni təyyarələr almalarını qeyd etmişdi.

“Bundan əlavə AZAL transnəqliyyat şəbəkəsini genişləndirməyi nəzərdə tutur. Reysləri artıran zaman yeni təyyarələr əldə etməyəndə reysləri bağlamağa məcbur olurlar, Nyur-York reysi də buna görə bağlandı. Bir tərəfdən səmərəsiz idi, başqa məqamlar da vardı. Şirkət daha səmərəli fəaliyyət göstərmək istəyir. Yeni xəbərdən görünür ki, əməkdaşlıq fəaliyyətlərini davam etdirmək istəyirlər. Müqavilə onsuz da vardı, indi davam etdirirlər. Sadəcə, AZAL üçün daha sərfəli şərtlərlə”.

Bununla belə iqtisadçı müqavilənin şərtlərindən xəbərsiz olduğunu deyib. “Bəlkə daha endirimli satışı təklifi var, məlumatda da bu barədə heç nə yoxdur. Amma AZAL-ın fəaliyyətini genişləndirmək niyyəti olduğunu görünür. Ola bilər bəzi istiqamətləri saxlamaq istəyirlər. Son zamanlar Rusiya ilə reysləri artırmaları bunu təsdiqləyir, daha effektiv reyslərə üstünlük vermək istəyirlər”.

Ən çox oxunan