Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Deputat: Azərbaycan orta aylıq əməkhaqqına görə Ermənistandan geridədir
2019-06-01 12:44:29

“Azərbaycanda orta aylıq əməkhaqqı 348 dollardır. Son ilin məlumatlarına görə, bu rəqəm Gürcüstandan 60 dollar, Belarusdan 133 dollar, Ermənistandan 26 dollar azdır. Halbuki bizim iqtisadi imkanlarımız ona imkan verir ki, orta aylıq əməhkaqqını daha yüksək səviyyəyə qaldıra bilək”.

Deputat Fazil Mustafa parlamentdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

Deputat bildirib ki, Azərbaycanda pensiyaların məbləği ilə bağlı da təqribən eyni vəziyyətdir.

Fazil Mustafa qeyd edir ki, turizm sektorunda da geriləmələr var və gəlirlər 13 faizədək azalıb:

“Gürcüstanla müqayisə etdikdə görürük ki, təxminən onlar bizdən 600 milyon dollar daha çox gəlir götürüb. Eyni mühitdə yaşadığımızı nəzərə alsaq, azalmalar onu göstərir ki, Azərbaycanda bəzi inhisarlara son qoymaq lazımdır. Məsələn, AZAL-ın inhisarı nəticəsində Azərbaycana dəyən zərər başqa sahələrlə müqayisə olunmaz səviyyədə böyükdür. Bu gün hamı uçuşlarını, Tbilisidən, Kutaisidən edir. Qiymətlər və xidmətlər baha olduğuna görə, biz bilə-bilə özümüzü bu zərərə salmağa razılıq veririk”.

F.Mustafa kitab və çap məhsulları üzərindən 18 faizlik ƏDV-nin ləğv edlməsini də təklif edib.

O, həmçinin Azərbaycanda rus dili təhsili ilə bağlı məsələyə də toxunub. “Dövlət büdcəsindən ildə 100 milyon rus dili təhisilnə vəsait ayrılır. Halbuki, ingilisdilli, türkdilli məktəblər kimi, biz bunu özəl sektora buraxmalıyıq”.

Ən çox oxunan