Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Qubad İbadoğlu: İdman tədbirlərindən əldə edilən gəlirlərlə bağlı hesabatlılıq yoxdur
2019-06-01 10:33:23

Bu həftə Bakıda UEFA Avropa liqasının final oyunun keçirilməsi Azərbaycanın bu kimi böyük idman yarışlarına hazırlıq səviyyəsi ilə bağlı müzakirələrə səbəb oldu. İqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində böyük idman tədbirləri, infrastrukturun yaxşılaşması üçün lazımi tədbirlər və Azərbaycanın beynəlxalq imicindən danışıb.

Qubad İbadoğlu UEFA Avropa liqasının final oyunu kimi mötəbər idman tədbirlərinin keçirilməsinin Azərbaycan üçün ölkənin beynəlxalq səviyyədə tanıdılması və ölkəyə turist cəlb edilməsi baxımından bir fürsət olduğunu deyib. Lakin onun fikrincə, Azərbaycan ev sahibliyi etdiyi mötəbər idman yarışlarına hazır deyil.

“Mənim müşahidələrim göstərdi ki, xüsusilə də bu tədbirin əhatə dairəsini, səviyyəsini nəzərə alsaq, Azərbaycan ona uyğun gələn nə nəqliyyat, nə yaşayış, nə bə bütövlükdə qonaqların yerləşdirilməsi baxımından potensialını yerinə yetirə bilmədi.”

Qubad İbadoğlu UEFA Avropa liqasının finalının Azərbaycanda keçirilməsini düzgün qərar adlandıraraq, bunun ölkəyə turistlərin cəlb edilməsi və Azərbaycanın tanıdılnması baxımından müsbət imkan hesab etdiyini bildirib. O, Azərbaycanın mötəbər idman tədbirlərinə ev sahibliyi etməsinin tərəfdarı olduğunu vurğulayıb, lakin oyunların gətirdiyi iqtisadi faydalar, xüsusilə də əldə edilən gəlirlər və büdcəyə daxil olan vəsaitlərlə bağlı hesabatlılığın olmadığını qeyd edib.

“Məsələn, Formula 1 oyunları artıq dörd ildir Azərbaycan paytaxtında keçirilir, amma bu oyunları idarə edən əməliyyat şirkəti hələ indiyə qədər hansı bir oyununsa bu dörd il ərzində nə qədər gəlirləri, nə qədər xərci olması ilə bağlı məlumatları açıqlamayıb. Buna görə də Azərbaycan tərəfi bu məsələdə şəffaflığa diqqət yetirməlidir, çünki bu gələcək oyunlara ev sahibliyi etmək üçün də çox əhəmiyyətli bir məsələdir. Və şəffaflıq baxımından, hesabatlılıq baxımından həm də beynəlxalq standartlara uyğun siyasət yeritməlidir. O zaman biz biləcəyik ki, büdcənin bundan qazancı nə qədərdir, ayrı-ayrı şirkətlərin qazancı nə qədərdir və vətəndaşların qazancı nə qədərdir.”

Qubad İbadoğlu Azərbaycanın beynəlxalq imicinin yaxşılaşması üçün ölkədə demokrartik islahatların və dəyişikliklərin vacibliyini xüsusi qeyd edib. “Bu problemin yeganə həlli yolu ondan ibarətdir ki, ölkədə azadlıqlar olmalıdır, ölkə siyasi məhbuslarsız bir dövlətə çevrilməlidir. Və nə qədər ki, ölkədə azad mətbuat boğulur, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət imkanları məhduddur və məhbəslərdə siyasi məhbuslar var bir o qədər bu prosesdə Azərbaycanın mövcud problemləri diqqətə gətiriləcək. Ona görə yeganə həll yolu ondan ibarətdir ki, Azərbaycanda demokratik dəyişikliklər olmalıdır, islahatlar baş verməlidir və ölkədə siyasi məhbuslar tez bir zamanda azad olmalıdır.”

Ən çox oxunan