Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
Azərbaycan Gürcüstanı ermənilərə qarşı nifrətlə dolu ədəbiyyatla təmin edir
2019-05-31 14:00:28

Azərbaycan  Gürcüstanın kitabxanalarına ermənilərə qarşı  nifrət sözü əhatə edən kitabları təchiz edir.  Kitabxanalar heç bir problem görməsə də, Gürcüstandakı bəzi azərbaycanlılar etnik gərginliyin yaradılmasını dəstəkləyə biləcəyindən qorxurlar. Bu barədə OC Media agentliyi  yazır.

Qeyd edilir ki,  Gürcüstanın Marneuli şəhərinin  kitabxanasında  ermənilərə qarşı nifrətlə, ərazi iddiaları ilə  dolu  kitab  hətta Marneulidə yaşayan  azərbaycanlı təəccübləndirdi.

“Mən  Marneuli kitabxanasını ziyarət edərkən,  Əziz  Ələkbərli tərəfindən  yazılmış “Qərbi Azərbaycanın abidələri”  barədə kitabı gördüm.  Düşündüm ki, kitab  Azərbaycanın qərbində olan  tarixi  abidələri barədə olmalıydı. Lakin oxumaqdan sonra aydın oldu ki,  kitab  Ermənistanın ərazisində olan abidələr barədədir.  Kitabda ermənilərə qarşı  nifrət hissləri var”-deyə  Gürcüstan  azərbaycanlı  İmran Cəfərov bildirib.

Kitabxanada həm də üç təbəqəyə bölünə biləcək digər propagandistik materiallar var: Ermənistana və ermənilərə qarşı nifrət sözü, İrana qarşı  ayrı-seçkilik və ərazi  iddialarının dəstəkləməsi,  İlham Əliyevin  ailəsinin təbliğatı.

Kitabxanada həm də “Ermənilər və faktlar” adlı kitab mövcuddur.  Məqaləyə görə hər səhifə ermənilərə qarşı radikal nifrət yayılır.

Təbliğat üçün yazılmış bu ədəbiyyat Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuşdur.

Ən çox oxunan