Top.Mail.Ru
192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
“Gəl koçari rəqsini et” bütün dünyadakı erməniləri birləşdirir: fleşmob daha geniş miqyasılı olacaq
2019-04-19 12:44:38

Bütün dünya ermənilərinin “Gəl koçari rəqsini et” fleşmobaunda iştirak etmə şansı olacaq. Bu haqda Sputnik Armenianın müxbiri ilə söhbətdə Grenobl Mədəni evinin nümayəndəsi Siranuş Xaçatryan deyib. Fleşmob ilk dəfə 2018-ci il mayın 26-da keçirilmişdi və İlk Ermənistan Respublikasının 100 illiyinə və Yerevanın qurulmasının 2800 illiyinə həsr olunmuşdu. Təşəbbüs Grenboldakı erməni icması nümayəndələrinindir.

“Keçən ildə olduğu kimi, bu dəfə də mayın 25-də bütün dünyadakı ermənilər fleşmoba qoşula biləcək. Koçari rəqs edəcəklər və videonu təşkilatçılara göndərəcəklər”,-deyə Xaçatryan qeyd etdi.

Əgər keçən il koçarinin hər hansı növü rəqs edilirdi, bu ildə yalnız Karno koçari və Komitasın şororu olmalıdır.

Bu il fleşmob Hovhannes Tumanyan və Komitasın 150-ci ildönümünə həsr olunur. Xaçatryan qeyd edir ki, keçən il 40 ölkədən, 70-dən çox şəhərdən və kənddən ansambllar iştirak edirdi. Koçari rəqsi 2017-ci ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olundu. Koçari milli rəqsdir və bütün Ermənistanda bayramlarda, ailə tədbirlərində və digər mərasimlərdə rəqs olunur.

Ən çox oxunan